Sintaksis:
БИНОМРАСП(число_успехов;число_испытаний;вероятность_успеха; интегральная)
Nəticə:
Binomial paylanmanı hesablayır.
Arqumentlər:
- число_ успехов: uğurlu sınaqların sayı;
- число_испытаний: asılı olmayan sınaqların sayı;
- вероятность_ успеха: hər bir uğurlu sınağın ehtimalı;
- интегральная: funksiyanın formasını təyin edən məntiqi qiymət. интегральная = 1 olduqda БИНОМРАСП funksiyası paylanmanın inteqral funksiyasını, yəni uğurlu sınaqların sayının число_ успехов arqumentinin qiymətindən böyük olmamasının ehtimalını hesablayır. интегральная =0 olduqda БИНОМРАСП funksiyası paylanmanın differensial funksiyasını, yəni sınaqların sayının число_ успехов arqumentinin qiymətinə bərabər olması ehtimalını hesablayır.
Qeydlər:
- число-успехов və число_испытаний arqumentləri tam ədəd deyildirlərsə, onların kəsr hissələri atılır;
- əgər число_успехов, число_испытаний və ya вероятность_успеха arqumentləri ədəd deyildirlərsə, onda БИНОМРАСП funksiyası özünün yazıldığı xanaya #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir;
- число успехов < 0 olduqda və ya число_успехов arqumentinin qiyməti число_ испытаний arqumentinin qiymətindən böyük olduqda БИНОМРАСП funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
- вероятность_ успеха < 0 və ya вероятность_успеха > 1 olduqda БИНОМРАСП funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir.
Misal
Məlumdur ki, detallar partiyasının 1%-i brakdır (zay məhsuldur). Bu partiyadan təsadüfi qaydada götürülmüş 50 detaldan 0, 1, 2, 3 dənəsinin və brak detalların sayının ikidən çox olmaması ehtimalını hesablamalı.
Комментариев нет:
Отправить комментарий